Rusiya XİN Kremlə PUA hücumu ilə bağlı bəyanat yaydı

“Rusiya mayın 3-nə keçən gecə Kremlə edilən terror aktlarına cəhdi qətiyyətlə pisləyir”.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

 

“Kremlə qarşı terror aktına cəhdin arxasında Kiyevin dayandığına şübhə yoxdur”, – deyə bildirilir.

Moskvanın Kremlə PUA hücumuna müvafiq cavab verəcəyi vurğulanıb:

 

“Dronların Kremlə hücumuna görə məsuliyyət daşıyanların hamısı tapılacaq, onları ağır və qaçılmaz cəza gözləyir”.

 

Mənbə

Share: