Rusiya yenə erməniləri silahlandıracaq

Rusiya Ermənistana Su-30CM qırıcısının əlavə partiyasınının tədarükünün müzakirəsinə hazırlaşır.

Millətin Səsi.az xəbər verir ki, bu məlumatı “İnterfaks” Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinə istinadən yayıb.

“Erməni tərəfdaşlarımızla iş davam edir. Erməni tərəfinin bunda maraqlı olduğu təsdiq edilsə, təyyarələrin alışı mövzusu müzakirə ediləcək”.

Qeyd edək ki, keçən il Ermənistan Rusiyadan 4 ədəd Su-30CM alıb. Qırıcıların ödənişi Rusiyanın verdiyi hərbi kredit hesabına ödənilib.

Share: