Rusiya yeni hücuma başlaya bilər

“Rusiya işğalın ildönümündə yeni hücuma keçə bilər”.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

“Ruslar simvolizmlə yaşayırlar, ona görə də fevralın 24-dək nəsə etməyə cəhd edə bilərlər”, – deyə o söyləyib.

 

Nazir deyib ki, Ukrayna Rusiya qüvvələrini kiçik hesab etmir.

 

“Rəsmi rəqəm 300 mindir, bu, səfərbər olunanların sayıdır, lakin biz sərhədlərdə qoşunları görəndə, bizim hesablamalarımıza görə, bu, daha çox olur”, – o əlavə edib.

 

Qeyd edək ki, dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da oxşar açıqlama vermişdi.

Mənbə

Share: