
“Rusiya Yeni il şənlikləri zamanı Ukraynaya yeni raket zərbələri endirməklə əhalinin mənəvi ruhunu sarsıtmağa can atır…”
“Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib…”
Britaniya kəşfiyyatı gündəlik icmalında yaxın günlərdə Rusiyanın Ukraynaya yeni güclü zərbələr endirməsi təhlükəsi barədə məlumat verib.
Moderator.az xəbər verir ki, məlumatı “Obozrevatel” nəşri yayıb.
Oktyabr ayından rusiyalı hərbçilər müəyyən taktikaya uyğun olaraq Ukrayna ərazisini hər 7-10 gündən bir intensiv bombalayır ki, Ukraynanın hava hücumunu həddən artıq yükləsin.
Lakin böyük ehtimalla Rusiya bu sxemdən geri çəkilə bilər və yaxın günlərdə Ukrayna ərazisinə növbəti raket zərbəsi endirə bilər ki, Yeni il bayramlarında əhalinin mənəvi ruhunu sarsıda bilsin.
Sonuncu dəfə Rusiya dekabrın 29-da Ukraynanın infrastrukturuna yerüstü, hava və dəniz bazalı raketlərlə güclü zərbələr endirib. Partlayışlar Kiyevdə, Lvovda, Xarkovda, Odessada baş verib.
Bu arada Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib. Bu barədə BBC nəşri məlumat yayıb.
Ukrayna KİV-ləri Rusiyanın bütün Ukrayna boyunca növbəti raket zərbələrinə məruz qoyması barədə məlumat yayıb. Ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.
Kiyevdə, Kiyev vilayətində, habelə Vinnitsı, Xmelnitski, Xarkov, Xerson və Jitomir vilayətlərində HHM işləyir.
Ukrayna paytaxtının mərkəzində güclü partlayışlar eşidilib. Dağıntılar var. Xilasedicilər və tibb işçiləri raketin düşdüyü yerə yollanıb. İlkin məlumata görə, Kiyevə hücum nəticəsində bir nəfər həlak olub, bir neçə adam yaralanıb.
Həmçinin Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərində partlayışlar baş verib. Sosial şəbəkələrdə Ukraynanın hava məkanında Xəzər dənizi tərəfindən buraxılan təxminən 20 raket var.
Nikolayev, Dnepropetrovsk və Odessa vilayətlərində raket zərbələri təhlükəsilə bağlı elektrik enerjisi kəsilib.