Rusiyada amansızlıqla öldürülən qardaşlar dəfn edildi – Foto

Rusiyada amansızlıqla öldürülən qardaşlar dəfn edildi – Foto

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

Millətin Səsi.az xəbər verir ki, onların cənazələri Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunub.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.

Share: