Rusiyada “An-2” təyyarəsi radarlardan itib

Rusiyada “An-2” təyyarəsi radarlardan itib

Rusiyanın Çukotka Muxtar Dairəsində göyərtəsində iki ekipaj üzvünün və bir sərnişinin olduğu “An-2” təyyarəsi radarlardan itib.

Belə ki, noyabrın 10-da səhər saatlarında Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisindən məlumat daxil olub ki, saat 01:40-da (Moskva vaxtı ilə) “An-2” təyyarəsi havaya qalxıb və eniş zamanı əlaqə yaratmayıb.

Qeyd edilib ki, hazırda “An-2”nin son koordinatları məlumdur, lakin hələ onu aşkar etmək və ya onunla əlaqə yaratmaq mümkün olmayıb.

Mənbə

Share: