
Rusiyada koronavirusun yeni növü aşkar edilib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, COVID-19-un “Cerberus” ştamı Krasnoyarskda qeydə alınıb.
Bildirilib ki, bundan əvvəl ölkə ərazisində bu ştam üzrə yoluxma müşahidə edilməyib.
Sözügedən ştam yüksək yoluxuculuq qabiliyyətinə malikdir.