Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 23 315 nəfər virusa yoluxub, 436 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 425 269 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 62 273 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 800 675 şəxs virusdan sağalıb, 562 321 nəfərin müalicəsi isə davam edir.