Rusiyada gün ərzində 26 mindən çox yoluxma olub, 559 nəfər ölüb

Rusiyada gün ərzində 26 mindən çox yoluxma olub, 559 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 2,54 milyon nəfəri keçib.

Milletinsesi.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 26 190 nəfər virusa yoluxub, 559 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 541 199 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 44 718 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 007 792 nəfər virusdan sağalıb, 488 689 nəfərin müalicəsi isə davam edir.

Share: