“Rusiyanın hədəfləri Berlin şəhəri, ABŞ-ın Ramştayndakı aviabazası və Amerikanın nüvə silahı saxladığı Byuxel aviabazası olub…”
“Nüvə hücumlarının planlaşdırılması təlimlərdə adi praktikadır…”
Ukraynaya hücumdan bir neçə həftə öncə Rusiya ordusunda Almaniyaya nüvə zərbəsi ssenarisi müzakirə edilib.
Moderator.az xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən Almaniyanın “Spiegel” jurnalı yazıb.
İddia edilir ki, Qərb xüsusi xidmət orqanları ötən ilin sonunda Baltik dənizində Rusiya Hərbi-Dənizh Donanmasının manevrlərindən audioməlumatlar ələ keçirilib.
Lakin KİV-lərdə bu informasiya yalnız indi üzə çıxıb.
Ələ keçirilən danışıqlarda söhbət hədəfləri göstərməklə üç zərbədən gedib.
Bu, Berlin, ABŞ-ın Ramştayndakı aviabazası və Amerikanın nüvə silahı saxladığı Byuxel aviabazasıdır.
Təhlükəsizlik üzrə ekspertlərin bu radiodanışıqların ələ keçirilməsi barəsində fikirləri fərqlidir, – jurnal yazır.
Bəzi analitiklər göstərib ki, nüvə hücumlarının planlaşdırılması təlimlərdə adi praktikadır, belə ssenarilər NATO-nun manevrlərində də işlənib hazırlanıb. Belə müzakirələr gerçək təhlükəli deyil.
Digər ekspertlər isə güman edir ki, ruslar onların dinlənilməsindən xəbərdar olduğuna görə qəsdən hədəflərin adını çəkir ki, Qərbi müharibədən öncə qorxutsun.
Lakin xatırladaq ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilənin lap əvvəlindən Rusiya Federasiyasının ptezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini xüsusi hazırlıq rejiminə keçirib.