
Rusiyanın İrkutsk vilayətində “Su-30” hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.
“Report” xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.
Məlumata görə, sakinlər arasında itki yoxdur.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində “Su-30” hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.
***
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev teleqramda yazıb.
Hadisə Prjevalski küçəsində qeydə alınıb.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.