
Rusiyada helikopter qəzası baş verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, “AN-2” helikopteri qəzaya uğrayıb.
Qəza Nen muxtar regionunun ərazisində olub. Məlumata görə, hadisə zamanı helikopterdə sərnişinlər olub.
İlkin məlumata əsasən, 2 nəfər qəza nəticəsində həyatını itirib. Səbəblər araşdırılır.