Rusiyada İsrail Müdafiə Ordusunun nümunəsində ikinci səfərbərlik dalğasını keçirmək təklif edilib

Rusiyada İsrail Müdafiə Ordusunun nümunəsində ikinci səfərbərlik dalğasını keçirmək təklif edilib

 

“İsrail 48 saat ərzində ehtiyatdan 300 min nəfər səfərbər edib, Rusiyada bunun üçün bir aydan çox zaman lazım olub…”

 

“Biz kollektiv Qərbə qarşı mübarizə aparırıq, ona görə də yaxın gələcəkdə səfərbərliyin ikinci dalğasını istisna etmək olmaz…”

 

Rusiyada səfərbərliyin ikinci dalğasını İsraildə ehtiyatda olanların cəlb edilməsi nümunəsinə uyğun olaraq keçirmək lazımdır.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Feferasiya Şurasını müdafiə komitəsinin üzvü Dmitri Roqozin “Danışır Moskva” radiostansiyasının efirində bəyan edib. Məlumatı “focus.ua” nəşri yayıb.

 

Məmur izah edib ki, İsrail 48 saat ərzində ehtiyatda olan 300 min nəfəri səfərbər etməyə nail olub, Rusiyada bu vəzifənin gerçəkləşdirilməsi üçün bir aydan çox zaman tələb olunub. Roqozinin sözlərinə görə, bu, Rusiyanın ərazisinin böyük olması ilə bağlıdır.

 

“Onlar tez-tez döyüşür, orada belə prosedurlar tez-tez keçirilir. Onlarda qısa müddətdə hərbi xidmətə çağırılan kontingentlə içləmək texnologiyası işlənib hazırlanıb.

 

Ölkə balacadır, ölkənin bir hissəsindən digərinə yerdəyişmə, məni bağışlayın, taksi ilə də mümkündür, bizdə isə bir saat qurşağından digərinə təyyarə ilə bir neçə saata uçmaq olar”, – Roqozin qeyd edib.

 

O, həmçinin bəyan edib ki, Rusiya “səfərbərlik etmək vərdişlərini itirib”.

 

“Mən, əlbəttə, buna haqq qazandırmıram, mənim bir il öncə aparılan səfərbərliyə heç bir aidiyyətim yoxdur, lakin obyektiv səbəbləri deyə bilərəm. Sadəcə, ölkə çox böyükdür, bizdə çoxdandır ki, belə bir şey baş verməyib”, – Roqozin deyib.

 

O, Rusiyada yaxın gələcəkdə səfərbərliyin ikinci dalğasını istisna etməməyə çağırış edib.

 

“Çünki biz bu gün hesab edin ki, kollektiv Qərbə qarşı mübarizədə iştirak etdiyimiz münaqişə ilə üzləşmişik”, – məmur deyib.

 

Eyni zamanda o, güman edib ki, Ukraynaya qarşı müharibə iştirakçıları üçün yarımillik müqavilələr səfərbərliyin yeni dalğasından yan keçməyə imkan verəcək.

 

“Daha çox insana müqavilə bağlamağa imkan vermək lazımdır, onlar hərbi döyüş ehtiyatını təşkil edir. Bu, yarımillik müqavilələrdir. Biz indi Müdafiə Nazirliyi ilə fəal şəkildə işləyirik, mən onları inandırmağa çalışıram ki, bu, səfərbərliklə bağlı vəziyyətdən çıxış yoludur”, – o, qeyd edib.

 

Onun fikrincə, yarımillik müqavilələr xüsusilə 40 yaşından yuxarı kişilər arasında tələb olunacaq.

 

“40-50 yaşında olan kişilərin gənclərin öhdəlikləri ilə müqayisə edilə bilməyən hansısa öz öhdəlikləri var. Onlar üçün  yarımillik müqavilələr vəziyyətdən çıxış yoludur. Və onlar bu yarım ildə başqalarının edə bilmədiklərini etməyə hazırdır”, – Roqozin izah edib.

 

Xatırladaq ki, 21 sentyabr 2022-ci ildə Putin Rusiyada qismən səfərbərlik elan edib. Oktyabrın 28-də Rusiya müdafiə naziri Sergey Şouqu qarşıya qoyulan 300 minlik səfərbərlik tapşırığınım uğurla icra edilməsi barədə məruzə edib.

 

İsrail Müdafiə Ordusu bəyan edib ki, HƏMAS qruplaşmasının Qəzza bölgəsi sərhəddi yaxınlığında hücumundan sonra 48 saat ərzində 300 min nəfər səfərbər edilib.

 

Ordu nümayəndəsi Daniel Xaqari qeyd edib ki, İsrail Müdafiə Ordusu “heç vaxt ehtiyatda olanlardan bu qədər adamı belə sürətlə səfərbər etməyib”.

Mənbə

Share: