Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 16 710 nəfər yoluxub.
Milletinsesi.az xəbər verir ki, bu barədə ölkənin COVİD-19-la mübarizə üzrə operativ qərargahından bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 513 877 nəfərə çatıb. Aktiv xəstə sayı 349 305 nəfərdir.
Bildirilir ki, ötən sutka koronavirusdan 229 nəfər ölüb, 7 704 nəfər isə sağalıb. Hazırkı dövrədək sağalanların ümumi sayı 1 138 552 nəfər, ölənlərin ümumi sayı isə 26 050 nəfər təşkil edir.