Rusiyada koronavirusa yoluxanların sayı 4,11 milyonu keçib.
Milletinsesi.az-ın verdiyi məlumata görə, ölkədə son sutka ərzində 12 828 nəfər virusa yoluxub, 467 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 112 151 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 81 446 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 642 582 şəxs virusdan sağalıb, 388 123 nəfərin müalicəsi isə davam edir.