Rusiyada koronavirusa yoluxanların sayı 4,13 milyonu keçib.
Milletinsesi.az xəbər verir ki, ölkədə son sutka ərzində 13 433 nəfər virusa yoluxub, 470 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 139 031 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 82 396 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 679 949 şəxs virusdan sağalıb, 376 686 nəfərin müalicəsi isə davam edir.