Rusiyanın məşhur “Eksmo” nəşriyyat qrupu “Pioner qalstukunda yay” romanını nəşr etdirən “Popcorn Books” nəşriyyatına nəzarəti ələ alıb.
Modern.az xəbər verir ki, bu barədə “Novaya Gazeta Europe” məlumat yayıb.
Aktivin satışı ilə bağlı danışıqlar 2023-cü ilin fevralından davam edib. “Popcorn Books”un sahibi Denis Kotovun nəşriyyatı satmağı planlaşdırması və artıq ona alıcı axtarması həmin vaxtdan məlum idi. Əməliyyatın məbləği açıqlanmır.
Kotovun qərarı Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin şikayəti əsasında nəşriyyata qarşı “LGBT təbliğatı” ilə bağlı protokolun tərtib edilməsi ilə bağlı olub. Belə ki, “LGBT təbliğatını” qadağan edən qanun qüvvəyə mindikdən sonra “Pioner qalstukunda yay” kitabı da qanundan kənar hesab edilib.
Qeyd edək ki, romanın kitab mağazalarında satışı dayandırılıb və müəllifləri Katerina Silvanova və Yelena Malisova “xarici agent” elan olunub. Təhdidlərə görə roman müəllifləri Rusiyanı tərk etdib.