Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub.
Bunu ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib.
Nazir deyib ki, məktəblər martın 23-dən başlayaraq aprelin 12-dək bağlı qalacaq.
Bu müddət ərzində distant təhsilin təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, Rusiyada bu günədək 114 nəfər koronavirusa yoluxub.