Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.
Bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında bildirib:
“Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”.
Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 30-dan çox texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin aviasiya qrupu da hadisə yerinə göndərilib.(oxu.az)