
Rusiyada partlayış olub.
Modern.az “Meduza”ya istinadən xəbər verir ki, hadisə Kaluqada olub.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşinin sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Belə ki, yerdən təxminən 50 metr yüksəklikdə dron görünüb. Daha sonra partlayış səsləri eşidilib. Dron partlayaraq yerə çırpılıb.
Dağıntı və insan tələfatı ilə bağlı hələlik məlumat yoxdur.