Rusiyada koronavirusa yoluxanların sayı 3,44 milyonu keçib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 22 934 nəfər virusa yoluxub, 531 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 448203 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 62 804 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 825 430 şəxs virusdan sağalıb, 559 969 nəfərin müalicəsi isə davam edir.