Rusiyada son sutkada koronavirusdan 469 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 9270 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 360 823 nəfərə çatıb.

Son sutka ərzində 469 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 90 734 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: