Rusyanın Omsk vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir qadın və üç uşaq ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə ötən gecə Belousovka kəndində qeydə alınıb. Belə ki, yanğında iki, yeddi və doqquz yaşlı üç uşaq və bir qadın ölüb.
Fövqəladə Hallar Nazirliyinin Omsk vilayəti üzrə Baş İdarəsi bildirib ki, yanğının sahəsi 100 kv.m olub. Yanğınsöndürənlər hadisə yerinə gələn zaman ev və eyvan yanırmış, dam örtüyü isə uçubmuş. Prokurorluq yanğınla bağlı araşdırma aparır.