Rusiyada yanğın nəticəsində 11 nəfər həlak olub

Rusiyanın Tomsk vilayətində yaşayış evində yanğın olub.

Milletinsesi.az “Trend”ə istinadən xəbər verir ki, yanğın nəticəsində 11 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilib. Bildirilir ki, həlak olanlar və xəsarət alanlar Rusiyada işləyən Özbəkistan vətəndaşları ola bilər.

Share: