Rusiyada yeni cərimələr -Fara, təkər, kamera və bamperə görə..

Rusiya  2022-ci ildə sürücülər üçün 6 yeni cərimə tətbiq etməyi planlaşdırır. Cərimənin məbləği 500 rubl (11 azn) dəyərində olacaq. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hələ ki, Yol Polisi İdarəsinin bu təşəbbüsü hökümətin analitik mərkəzində təsdiqləmə prosedurundan keçir. Layihə təsdiqləndikdən sonra Dövlət Dumasının müzakirəsinə təqdim ediləcək. Tətbiq edilməsi düşünülən cərimələr bunlardır.
• Avtomobillərdə yanlış işləyən və ya zədəli faralar olduğu təqdirdə
• Doğru ölçüdə və ya tələblərə uyğun olmayan təkərlərin istifadəsi
• Baş dayağı və təhlükəsizlik yastıqlarının olmaması
• Sürücünün görməsinə maneəçilik törədən cihazların olması (telefon dayağı, videoqeydiyyat cihazı)
• Avtomobilin zədələnmiş bamperlə idarə olunması. Vinçlərin quraşdırılması
• Avtomobilin iş panelində nasazlıq barədə göstəriş olduğu təqdirdə
Layihənin məqsədi Ümumdünya Gömrük İttifaqının texniki qaydalarının tələblərinə uyğunluğunu təmin etməkdir.
Qeyd edək ki, bu qanun layihəsi hələ ki, bir çox avtomobil sahiblərinin narazılığına səbəb olub. Bunun bir çox səbəbi var. Məsələn, “Avtomobilin iş panelində nasazlıq barədə göstəriş olduğu təqdirdə ” cəriməsi demək olar ki, 8 yaşdan yuxarı bir çox avtomobilə tətbiq olunacaq. Çünki bu göstərici yaşı çox olan avtomobillərin əksəriyyətində olur. Bunu aradan qaldırmaq isə həmişə mümkün deyil.

şanlıurfa masaj

Share: