Rusiyadan delimitasiya ilə bağlı daha bir açıqlama

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanılmasını izləyirik. Bu, regional sabitlik üçün vacibdir.

Millətin Səsi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Rusiya tərəfi delimitasiya prosesi ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıdır:

“Belə bir prinsipdən çıxış edirik ki, razılaşmalar davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır. Bunlar regionda dayanıqlı sülhə nail olmaq üçün əsas olmalıdır”.

Onun sözlərinə görə, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə mütəmadi olaraq məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir.

Share: