Rusiyadan Paşinyana zərbə: Generalın axtarışı dayandırıldı

MDB-də axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyanın Rusiya ərazisində axtarışı dayandırılıb.

Milletinsesi.az  xəbər verir ki, bu məlumatı “İnterfaks” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, bu barədə qərar Arutyunyanla bağlı istintaq materiallarının tədqiqindən sonra verilib.

Mənbə hazırda Arutyunyan üçün Rusiyada heç bir təhdidin olmadığını, amma onun hansısa MDB ölkəsində peyda olacağı təqdirdə dərhal həbs edilə biləcəyini deyib.

Qeyd edək ki, İrəvan bundan öncə Arutyunyanı konstitusion rejimi devirməkdə ittiham edərək axtarışa verib.

Share: