Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) İcraiyyə Komitəsi Rusiya idmançılarını növbəti qərara qədər bütün beynəlxalq yarışlarından kənarlaşdırıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar Rusiyanın Ukraynadaya hərbi müdaxiləsi ilə bağlı qəbul edilib.
Federasiya həmçinin Rusiyada təşkilatın himayəsi altında keçirilən tədbirləri də qadağan edib.