Rusiyalı məmur övladları Avropada kef çəkir

“Oliqarxın qızı və Rusiya Federasiyası baş nazirinin müavininin oğlu sanksiyalara baxmayaraq, Avropada dincəlir”.

 

Modern.az xəbər verir ki, bunu “Bild” nəşri yazıb.

 

Qeyd olunub ki, “Forbes”un son siyahısına görə, Rusiyanın ən gənc milyarderi 21 yaşlı Varvara Skoçdur və onun sərvəti 2.3 milyard avro dəyərində qiymətləndirilir: O, Rusiya Federasiyası Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı, prezident Vladimir Putinin müttəfiqi olan oliqarx Andrey Skoçun qızıdır. Həm ata, həm də qız ABŞ sanksiyaları altındadır”.

 

“Bu, qızın dəbdəbəli həyat sürməsinə mane olmur. O, Rusiya Federasiyası baş nazirinin müavini Denis Manturovun oğlu, 25 yaşlı Yevgeni Manturovla münasibətdədir. Oğlanın atası da sanksiyalar altındadır. Ukraynada müharibə başlayandan sonra oliqarxın qızı və baş nazirin müavininin oğlu İsveçrəyə xizək sürməyə və Seyşel adalarında çimərlikdə dincəlməyə gediblər”, – nəşr yazıb.

 

“Forbes”un məlumatına görə, hazırda Rusiyada 7 dollar milyarderi var. Əvvəllər onların sayı 3-ü keçmirdi. Bu artım sanksiyalar fonunda rus oliqarxlarının sərvətlərini qohumlarına və ya etibar etdikləri digər şəxslərə ötürməyə başlaması ilə izah olunur.

 

Mənbə

Share: