Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa qarşı peyvənd olunmaq istəyənlər elekron qeydiyyat sistemindən keçməyə başlayıblar.
Milletinsesi.az xəbər verir ki, bu barədə Moskva meriyasının rəsmi saytında bildirilib.
Məlumata görə, şəhər ərazisində artıq 70 peyvənd məntəqəsi açılıb.
Qeyd olunub ki, ilk növbədə federal və özəl tibb müəssisələrinin işçiləri, təhsil müəssisələrinin əməkdaşları və sosial xidmətlərinin işçiləri peyvənd olunacaq.