Rusiyanın ən böyük strateji hava limanı dron hücumuna məruz qalıb

Rusiyanın ən böyük strateji hava limanı dron hücumuna məruz qalıb

 

“Dörd drondan üçü “Engels” hava limanı ərazisinə düşüb, hədəflər məhv edilib…”

 

“Engels-2″ Rusiyada ən böyük və texniki cəhətdən təchiz edilmiş strateji aviasiya bazalarından biridir və Ukrayna ərazisinə güclü aviasiya zərbələri üçün istifadə edilir…”

 

Martın 20-ə keçən gecə Rusiyanın strateji hərbi hava limanının yerləşdiyi Engels şəhərində partlayış səsləri eşidilib.

 

Moderator.az xəbər verir ki, bu barədə “focus.ua” nəşri məlumat yayıb.

 

Məlumatda deyilir ki, yerli sakinlər ikidən dördədək partlayış səsləri eşidib, bu zaman “pəncərələrin çərçivələri silkələnib”.

 

SHOT “Teleqram-kanal”ının dərc etdiyi videoda güclü partlayış səslərini eşitmək mümkündür.

 

Saratov vilayətinin qubernatoru Roman Busarqin PUA hücumunun uğurla qarşısının alınması barədə məlumat verib.

 

“Bir saat öncə Engels yaxınlığında pilotsuz uçuş aparatları məhv edilib. Hava-hücumundan müdafiə sistemi vaxtında və səmərəli işləyib. Dron qalıqlarının düşməsi nəticəsində ilkin olaraq zərərçəkən və infrastruktur dağıntıları olmayıb”, – Busarqin yazıb.

 

Sosial şəbəkələr istifadəçiləri məlumat verib ki, hava limanı rayonunda partlayış səsləri eşidilib, yanğın baş verib və xilasedicilər gəlib.

 

“Astra” müstəqil jurnalistlər layihəsinin mənbələri məlumat verib ki, dörd drondan üçü “Engels” hava limanı ərazisinə düşüb.

 

Ukrayna Müdafiə Nazirliyi  Baş Kəşfiyyat İdarəsindəki mənbə hücumun uğurlu olduğunu bəyan edib. 

 

Dronların “təyinat yerinə” çatması ilə bağlı suala cavabında mənbə deyib: “Bəli, çatıb və hədəflər məhv edilib. Bu, planlı işdir, təfsilatlar dəqiqləşdirilir”.

 

Engelsdə Rusiya Hərbi-Hava Qüvvələrinin “Engels-2” bazası yerləşir. Hava limanından Ukrayna sərhəddinədək olan hava məsafəsi 614 km təşkil edir.

 

2022-ci ilin fevralından Engelsdəki aviasiya bazası Ukraynaya güclü aviasiya zərbələri üçün istifadə edilir.

 

“Engels-2” Rusiyada ən böyük və texniki cəhətdən təchiz edilmiş aviasiya bazalarından biridir. 

 

Orada Ty-95MC strateji bombardmançı təyyarələr yerləşir. Bundan başqa, bu, Rusiyada Ty-160 strateji bombardmançı təyyarələrinin yerləşdiyi yeganə yerdir.

 

2022-ci il dekabrın 5-də Engelsdəki hava limanına hücum nəticəsində ən azı üç təyyarə zədələnib.

 

Həmin ilin dekabrın 26-da Engels hava limanına hücum nəticəsində üç nəfər həlak olub.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o zaman aviasiya texnikasına zərər vurulmayıb.

Mənbə

Share: