Rusiyanın atdığı daha bir raket Moldovaya düşdü

Rusiyanın atdığı daha bir raket Moldovaya düşdü

Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik Briçeni bölgəsində tapılan raket qalıqlarının fotosunu dərc edib. Bildirilir ki, raketin qalıqları Sərhəd Polisinin patrulu tərəfindən aşkar edilib.

 

Qeyd olunur ki, bu, Ukraynada müharibənin başlamasından bu yana Moldova Respublikası ərazisinə düşdən dördüncü raketdir.

 

Akif İsmayılov

Mənbə

Share: