“Rusiyanın aviabazalarına zərbələr ölkənin nüvə dövləti kimi statusuna təhlükə törədir…” –  ISW

“Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən şok keçirən rusiyalılar hərbi rəhbərliyin üzərinə gedərək onu yekəbaşlıqda ittiham edib” –

 

“Rusiya aviabazalarına USQ tərəfindən zərbələr endirmək planları haqqında məlumatlar hərbi rəhbərlik tərəfindən qulaqardına vurulub…”

 

Rusiyalılar Rusiya Silahlı Qüvvələri hərbi rəhbərliyinin Ukrayna mövqelərindən 450 km aralıda yerləşən strateji aviabazalara Ukrayna zərbələrinin qarşısını almaq iqtidarında olmamasından hiddətə gəlib.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri 5 dekabr tarixli icmalında məlumat verib.

 

“Rusiyanın hərbi müxbirləri Rusiyanın rəsmi şəxslərini dekabrın 5-də “Engels” və “Dyagilyovo” aviabazalarına pilotsiz uçuş aparatlarının zərbələrini qabaqcadan görmədiyinə və qarşısını almadığığına görə tənqid edib.

 

Bəzi blogerlər bəyan edib ki, rusiyalı hərbçilər aviabazaları lazımınca müdafiə etməyib, hərçənd, onlar yaxşı bilirdilər ki, bu obyektlər Ukrayna Silahlı Qüvvələri üçün aşkar hədəflərdir”, – amerikalı ekspertlər yazıb.

 

Onların məlumatına görə, bir neçə tanınmış rusiyalı müxbirlər hücumlardan bir neçə gün öncə açıq mənbələrdən xəbərdarlıq edib ki , ukraynalılar “Engels” aviabazasına zərbə endirməyi planlaşdırır.

 

Bunu ya Rusiya ərazisindən diversiya-kəşfiyyat qrupu edəcək, ya da Ukrayna ərazisindən PUA-lar buraxılacaq . Lakin Rusiyanın hərbi rəhbərliyi bu məlumatları qulaqardına vurub.

 

“Hərbi müxbirlər ona hiddətlənib ki, Rusiyanın Baş Qərargahında xəbərdarlıqları nəzərə almır və açıq mənbələrdən (OSINT) kəşfiyyat məlumatlarını görməzdən gəlir. 

 

Rusiyanın rəsmi şəxsləri hərbi müxbirlərin məlumatlarına diqqət etsəydilər, Rusiyanın hərbi bazalarına iki zərbənin qarşısını almaq mümkün olardı”, – ISW qeyd edir.

 

Hərbi analitiklər Rusiya KİV-lərinin belə bəyanatına diqqət yetirib ki, “Engels” və “Dyagilyovo” aviabazalarına zərbələr Rusiyanın nüvə dövləti kimi statusuna təhlükə törədir, çünki bu zərbələr bir neçə növ nüvə silahı daşıya bilən təyyarələri zədələyib.

 

“Qəzəblənən rusiyalı jurnalistlər hərbi rəhbərliyə Ukrayna ərazisinə cavab zərbələri endirməyə və Rusiya ərazisində antiterror tədbirlərini fəallaşdırmağa çağırış edib”, – ISW qeyd edib.

Mənbə

Share: