Rusiyanın dördüncü şəxsi İrana gedir

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin gələn həftə İrana səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Gələn həftə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İran rəsmiləri ilə məsləhətləşmələr üçün Tehrana gələcək”, – deyə İran XİN-in nümayəndəsi Abbas Musəvi keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Rusiyada hakimiyyət bölgüsündə dördüncü yerdə (prezident, baş nazir və Federal Məclisin sədrindən sonra) dayanır./teleqraf

Share: