Rusiyanın Ermənistandakı hərbi mövcudluğu bizə təhdid yaradır

Ermənistanın baş naziri Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.

 

O qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin münasibəti dəyişib.

 

“Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır”, – deyə Paşinyan bildirib.

Mənbə

Share: