“Rusiyanın hərbi rəhbərliyində kim müharibənin əleyhinə çıxıb və “suç keçisi” kim olacaq?”

“Rusiyanın hərbi rəhbərliyində kim müharibənin əleyhinə çıxıb və “suç keçisi” kim olacaq?”

“Bu generallar müharibənin əleyhinə olub və hesab edib ki, bu, fəlakətə gətirib çıxaracaq…”

 

“Bütün epizodlra üzrə, o cümlədən Moskvaya hücumlara görə məsuliyyət Surovikinin üzərinə qoyulacaq, orada kimsə “suç keçisi” olmalıdır…”

 

“Armageddon generalı” aradan götürülə bilər..

 

Rusiyanın hərbi komandanlığında ən azı iki nəfər Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə qarşı çıxıb.

Bunlar generallar Sergey Surovikin və Andrey Yudindir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Krım. Realii” nəşrinə müsahibəsində bəyan edib.

 

“Yudin Baş Əməliyyat İdarəsində əsas planlaşdırmaçılardan biridir. O, şəxsən bunun əleyhinə çıxıb və deyib ki, bu, fəlakətə gətirib çıxaracaq.

 

O, Rusiyanın hərbi rəhbərliyi, məhz hərbi rəhbərliyi arasında əsas gizli tənqidçilərdəndir və deyir ki, bütün bunlar fəlakətdir və getdikcə vəziyyət daha da pisləşəcək. Surovikin də bunun əleyhinə olub”, – Budanov deyib.

 

Bu zaman o, bəyan edib ki, Rusiya ordusunun hərbi uğursuzluqlarına görə məsuliyyət Surovikinin üzərinə qoyulacaq.

 

“İstənilən halda bütün epizodlar üzrə, məsələn, Moskvaya hücumlara görə məsuliyyət onun üzərinə qoyulacaq. Orada kimsə həmişə “suç keçisi” olmalıdır.

 

Çünki o, Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin komandanıdır, ona görə də bu, onun məsuliyyət zonasıdır. Hər necə olursa-olsun, o, aradan götürülməlidir”, – Ukraynanın baş kəşfiyyatçısı hesab edir.

 

Budanovun fikrincə, “armageddon generalı”nın aradan götürülməsinin səbəbi “Vaqner qrupu” özəl hərbi şirkətinin iyun qiyamı olacaq.

 

“Burada ikisi birində halıdır. Onlar yaxşı bəhanə gəzirdilər, onu da tapıblar”, – o, qeyd edib.

 

Xatırladaq ki, Priqojin qarışıqlığından sonra ictimai məkandan yoxa çıxan Surovikin Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanı vəzifəsindən azad edilib Rusiya Müdafiə Nazirliyinin sərəncamında saxlanılıb. Bundan öncə general Ukraynada “xüsusi hərbi əməliyyat”dan kənarlaşdırılıb.

 

KİV-lərdə Surovikinin qiyamla bağlı dindirilməsi və onun ev dustaqlığında olması barədə məlumatlar üzə çıxıb, lakin rəsmi araşdırma olmayıb.

 

İyulun ortalarında “The Wall Street Journal” nəşri Rusiya ordusunda böyük təmizləmə barəsində yazıb.

 

Jurnalın mənbələrinin məlumatına görə, təxminən 15 zabit xidmətdən kənarlaşdırılıb və ya istefaya göndərilib, daha 13 nəfər dindirildikdən sonra sərbəst buraxılıb. Sonuncular arasında general-polkovnik Andrey Yudin də olub.

Mənbə

Share: