
“Ukrayna böhranı ərazi münaqişəsi deyil. Rusiyanın hansısa əraziləri zəbt etmək marağı yoxdur”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.
Rusiya lideri qeyd edib ki, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hesab edəcək.
Putinin sözlərinə görə, Qərbdəki kontragentlər bütün qaydaları pozublar.
O əlavə edib ki, özünü müstəqil aparan hər kəs Qərb üçün yox edilməli olan birinə çevrilir.