
“Tarixən İranla Rusiya arasında böyük etimad olmayıb, amma indi onlar bir-birinə lazımdır…”
“Tehranın beynəlxalq aləmdə tənqidə və qəzəbə düçar olması İranla dünya birliyi arasında yeni nüvə sazişinin imzalanması şanslarını azaldır…”
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns Moskva ilə Tehran arasında formalaşan hərbi ittifaqın Amerikanın Yaxın Şərqdəki müttəfiqləri üçün təhlükəli nəticələr verə biləcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın RBS teleşirkətinə verdiyi müsahibəsində deyib.
Bu xəbərdarlıq dekabrın 17-də Rusiya ilə İranın silahlanma sahəsində güclənən əməkdaşlıq, Moskvanın Tehrana İranın Rusiyaya döyüş dronlarının tədarükünün əvəzinə müasir silah və döyüş təyyarələri tədarük edəcəyi barədə məlumatlar fonunda səsləndirilib.
Berns deyib ki, “Rusiya indi iranlılara texniki və texnoloji cəhətdən necə yardım etmək barədə düşünür, bu da bizim İranla qonşu olan dostlarımıza gerçəkdən təhlükə törədir”.
Berns narahatlığa səbəbi belə izah edib: “Tarixən İranla Rusiya arasında böyük etimad olmayıb, lakin indi onlar bir-birinə lazımdır. Və biz indi dolğun hərbi ittifaqın yaranmasının şahidləriyik.
Bu ittifaq çərçivəsində iranlılar Rusiyaya Ukraynada vətəndaşların qətlə yetirilməsində istifadə edilən polotsuz uçuş aparatları tədarük edir, Rusiya isə buna cavab olaraq İrana texniki və texnoloji yardım göstərilməsi imkanlarını nəzərdən keçirir, bu da İranın qonşuları, o cümlədən bizim dostlarımız və müttəfiqlərimiz üçün gerçəkdən təhlükə törədir”.
NBS məlumat verir ki, ABŞ digər ölkələri Tehranla Moskva arasında hərbi əməkdaşlıq ilə mübarizəyə cəlb etməyə cəhd edir ki, silahların bir ölkədən başqa ölkəyə tədarük edilməməsinə zəmanət verilsin.
Rusiya-İran ittifaqının çatışmazlıqları və riskləri ilə yanaşı, İsraildə bunun bəzi üstünlüklərini də görürlər, burada əsas üstünlük dünyada İrana qarşı qəzəbin artmasıdır, buna həm də İran hakimiyyətinin etiraz aksiyalarının qəddarcasına qarşısının alınması da rəvac verir.
Tehranın beynəlxalq aləmdə tənqidə məruz qalması İranla dünya birliyi arasında yeni nüvə sazişinin imzalanması şanslarını azaldır, hərçənd, Vaşinqton hələ də belə imkanı istisna etmir.