Rusiyanın Krımdan necə qaçacağını görəcəksiniz

Ukrayna prezidenti Volodimir Zelenski Krımın azad olunacağını bildirib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, indikindən asan olacağını vurğulayıb.

 

“Ukrayna əminliklə Krımı işğaldan azad edəcək. İndi baş verənlərdən daha asan olacaq. Krımın inzibati sərhədlərini yaxınladığımız vaxt Rusiyanın necə qaçacağını görəcəksiniz”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

Krım 2014-cü ildə ilhaq olunub.

Mənbə

Share: