Rusiyanın Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

Rusiyanın Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril adaları yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3.2 bal gücündə zəlzələ qeydə alıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

“Zəlzələ Böyük Kuril silsiləsinin Urup adasından şimalda baş verib, ocağı 41 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Share: