Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxış edib.
“Ermənistan, dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir”, – deyə Paşinyan bildirib.
Ermənistan baş naziri həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür.
Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq.