Ukraynanın Qərb tərəfdaşları əvvəlcə Rusiya üzərində hərbi qələbənin mümkünlüyünə inanmağa hazır deyildilər. Bunu hərbi yardımın verilməsində sistematik gecikmələr və onun istifadəsinə qoyulan məhdudiyyətləri izah edir.
Axar.az xəbər verr ki, bunu “Atlantik” ictimai-siyasi jurnalının əməkdaşı, ekspert Enn Applebaum bildirib.
“Bu müharibə başlayandan bəri biz (Qərb – red.) təsəvvür edə bilmirdik ki, ukraynalılar Rusiyanı məğlub edə bilərlər və buna görə də məhz bunu etməyə çalışanlara kömək etməyə çalışmadıq”, – məqalədə vurğulanıb.
Applebaum qeyd edib ki, Qərbin Ukraynaya kömək etmək üçün çoxlu yolları var: məsələn, Ukrayna fabriklərində pul çatışmazlığı səbəbindən yalnız qismən yüklənən silahların istehsalını maliyyələşdirmək:
“Amerikalılar və avropalılar diqqəti qələbəyə yönəltmək əvəzinə, hələ çox uzaqda olan “sehirli” danışıqlar yolu ilə həll arzusunda olmağa davam edirlər. Bir çox insan, bəziləri səmimi, bəziləri isə pis niyyətlə, sülh sazişi üçün torpaq tələb etməyə davam edir”.