Rusiyanın Müdafiə nazirinin sabiq müavini saxlanıldı – FOTO

Rusiya Federasiya Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə Rusiya Federasiyası Müdafiə Nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakovu saxlayıb.

Milletinsesi.az xəbər verir ki, general korrupsiyada ittiham olunur.

“Qeyri-qanuni hərəkətlərə səbəb olan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – deyə idarədən bildirilib.

Bulqakov 2008-ci ildən 2022-ci ilin sentyabrınadək müdafiə nazirinin müavini vəzifəsini tutub, 2016-cı ildə isə Rusiya Qəhrəmanı adına layiq görülüb.

Xatırladaq ki, son aylar bir-birinin ardınca Rusiya Müdafiə Nazirliyinin həm indiki, həm də keçmiş yüksək rütbəli rəhbərlərinin səs-küylü həbsləri baş verir.

Share: