
Ukrayna ordusu son gün ərzində düşmənin daha 470 canlı qüvvəsini məhv ediblər. Bununla da genişmiqyaslı hücum başlayandan Rusiya 210 minə yaxın hərbçi itirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk hesabında paylaşım edib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 4 iyun tarixinə ümumi döyüş itkiləri təxminən belədir:
Şəxsi heyət – təxminən 209 940 (+470) nəfər;
– tanklar – 3 837 (+8) ədəd;
– zirehli döyüş maşınları – 7 512 (+10) ədəd;
– artilleriya sistemləri – 3 555 (+22) ədəd;
– MLRS (reaktiv yaylım atəş sistemləri) 583 (+1) vahid;
– hava hücumundan müdafiə sistemləri – 344 (+2) ədəd;
– təyyarə – 313 ədəd;
– helikopterlər – 298 ədəd və s.