Rusiyanın neft ixracı AZALACAQ

Mart ayında Rusiyanın qərb hissəsindəki limanlar vasitəsilə neft ixracı azala bilər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Rusiya neft sənayesindəki mənbə məlumat verib.

Qeyd olunub ki, fevral ayı ilə müqayisədə mart ayında neft ixracı 20-25% azalacaq.

İxrac planına əsasən, gündə 2,24 milyon barel “Urals”, KEBCO və “Siberian Light” markalı neft Baltik limanları və Novorossiysk limanından keçməlidir. Mənbələrin “Reuters” agentliyinə verdiyi məlumata görə, mart ayında dəniz ixracının azalacağı gözlənilir.

Akif İsmayılov

Mənbə

Share: