Rusiya tərəfindən Ukraynanın Zaporojye vilayətindəki energetika obyektlərinə zərbə endirməsi insan ölümünə yol açıb.
Milletinsesi.az “Unian”a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, enerji infrastrukturuna fasilələrlə 2 raket zərbəsi endirilib və yanğın başlayıb.
Nəticədə 3 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu gün Rusiya qüvvələri Ukraynanın müxtəlif regionlarına raket atıb. Paytaxt Kiyevdə də bu səbəbdən 1 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.