
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 282 630 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 823 tank, 9 126 zirehli maşın, 6 706 artilleriya sistemi, 808 RYAS (reaktiv yaylım atəşi sistemi), 543 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 190 operativ-taktiki PUA, 1 530 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 9 113 avtomobil və sistern, 959 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.