“Rusiyanın Ukraynaya qarşı raket terroru davam edir”

“Rusiyanın Ukraynaya qarşı raket terroru davam edir”

 

“Raket hücumu nəticəsində çoxsaylı yaralılar, onların arasında ağır vəziyyətdə olanlar və körpə uşaq da var…”

 

Rusiyalı hərbçilər Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib.

 

Moderator.az xəbər verir ki, bu barədə “euronews.com” telekanalı məlumat yayıb.

 

Şəhər müdafiə şurasının sədri Aleksandr Vilkulun məlumatına görə, ən azı üç raketin, o cümlədən onmərtəbəli yaşayış binasına düşməsi qeydə alınıb, nəticədə binada partlayış baş verib.

 

Daha bir mərmi beşmərtəbəli yaşayış binasının damına düşüb.

 

Ukraynanın Dnepropetrovsk vilayəti administrasiyası sakinlər arasında üç nəfərin həlak olduğu və 38 nəfərin, o  cümlədən 10 uşağın yaralandığı barədə məlumat verib.

 

“Beş nəfər əməliyyat otağındadır, vəziyyətləri ağırdır. Yaralılar arasında körpə uşaq da var”, – bunu administrasiya rəhbəri Sergey Lısak yazıb.

 

Rusiya hər gün Ukrayna ərazisini hücumlara məruz qoyur. O cümlədən martın 10-a keçən gecə Donetsk vilayətinin Mirnoqrad şəhərinin atəşə tutulması nəticəsində 12 nəfər zərər çəkib, ən azı 17 çoxmərtəbəli bina zədələnib.

 

Martın 6-da Rusiya Odessaya zərbə endirib, o zaman orada Yunanıstan baş naziri Kiriakos Mitsotakis başda olmaqla nümayəndə heyəti olub. Liman şəhərində beş nəfər həlak olub.

 

Martın 2-də dron hücumu nəticəsində çoxmərtəbəli binanın giriş qapısı tamamilə dağıdılıb. Üç nəfər həlak olub, onlardan biri üçaylıq körpədir.

 

Ukrayna prezidenti Vladimir Zelenski Krivoy Roqa şəhərinin raket zərbəsinə məruz qalmasına münasibət bildirib.

 

“Rusiyanın Ukraynaya raket terroru davam edir. Hazırda Krovoy Roqda xilasetmə işləri aparılır. Rusiyanın raket hücumu nəticəsində doqquzmərtəbəli yaşayış binasında dağıntılar var. 

 

Çoxsaylı yaralılar, onların arasında körpə uşaq və ağır vəziyyətdə olanlar var. Son məlumatlara görə, üç nəfər həlak olub. Mən onların doğmaları və yaxınlarına başsağlığı verirəm”, – dövlət başçısı bəyan edib.

 

Zelenski qeyd edib ki, dağıntılar altında insanların olub-olmaması ilə bağlı axtarışlar aparılır. Mən hadisə yerində işləyən, insanları xilas edən, onlara tibbi yardım göstərən hər kəsə minnətdaram. 

 

Yardıma ehtiyacı olanlara imkan daxilində tez bir zamanda bunu təmin etmək tapşırığı vermişəm”, – prezident deyib.

Mənbə

Share: