Rusiyanın Xersona təyin etdiyi “qubernator müavini” öldü 

Ukraynanın Xerson vilayətində Rusiya tərəfindən təyin olunan “qubernator müavini” Kirill Stremousov ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Onun avtomobil qəzasında dünyasını dəyişdiyi deyilir. 

 

Stremousov Rusiya tərəfindən Xersonun ilhaq edilməsindən sonra “vəzifə”yə təyin olunub. O, keçən ay Rusiya pasportunu alıb.

Mənbə

Share: