
Rusiya Ukraynanın Nikopol bölgəsini atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyası məlumat yayıb.
Krasnoqriqoryevsk icmasının atəşə tutulması nəticəsində 57 yaşlı qadın və 68 yaşlı kişi olmaqla iki nəfər həlak olub.
Məlumata görə, zərbələr reaktiv yaylım atəşi sistemlərindən və artilleriyadsn endirilib.